Rövşən Rzayev səs-küylü qanun layihəsi ilə bağlı sabah çıxış edəcək
siyaset
28-12-2015, 13:27
839
Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev ABŞ konqresmeni Kris Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı qanunverici təşəbbüslə çıxış edib. Qanun layihəsi “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlanır.
Xatırladaq ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Azərbaycanın yüksək vəzifəli məmurlarına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq, Konqresə təqdim edib. “Azərbaycan Demokratiya aktı” adlı sənəd Milli Məclisin son iclasında sərt şəkildə tənqid edilib.
Deputat Rövşən Rzayev Modern.az-a açıqlamasında Milli Məclisin payız sessiyasının dekabrın 29-a keçirilən son plenar iclasında qanun layihəsi ilə bağlı çıxış edəcəyini bildirib. O qeyd edib ki, iclasda parlamentin sədri Oqtay Əsədova müraciət edəcək ki, qanun layihəsi ilə bağlı prosedur qaydalarına uyğun göstəriş versin.
“Sabah Milli Məclisin plenar iclasında çıxış edəcəm və sədr Oqtay Əsədova müraciət edəcəm ki, qanun layihəsi ilə bağlı müvafiq göstəriş versin. Bununla da hazırladığım qanun layihəsinin komitələrdə müzakirə edilməsinə başlanılacaq”.