​Şəkərli diabet xəstələrinin istifadə etdiyi insulin bahalaşıb Daha Ətraflı: http://report.az/sehiyye/sekerli-diabet-xestelerinin-istifade-etdiyi-insulin-bahalasib/ İstənilən məlumatdan istifadəyə yalnız report.az saytına istinad etməklə icazə verilir

sehiyye
28-12-2015, 11:21 1736
​Şəkərli diabet xəstələrinin istifadə etdiyi insulin bahalaşıb   Daha Ətraflı: http://report.az/sehiyye/sekerli-diabet-xestelerinin-istifade-etdiyi-insulin-bahalasib/ İstənilən məlumatdan istifadəyə yalnız report.az saytına istinad etməklə icazə verilir Azərbaycanda şəkərli diabet xəstələrinin istifadə etdiyi dərmanların qiymətində kəskin bahalaşma qeydə alınıb. "Report" xəbər verir ki, şəkərli diabet xəstələrinin gündəlik istifadə etdiyi insulinin və onun vurulması üçün istifadə olunan iynə ucluqlarının, həmçinin şprislərin, qan analizini həyata keçirmək üçün istifadə olunan lansetin, testlərin qiyməti yüksəlib. Hazırda bu cür xəstələrin paytaxtda daha çox üz tutduğu "Diabet" aptekində "Lantus" insulinin bir ədədi 11 manatdan 16 manata qalxıb. Əvvəl bir qutusu 55 manata satılan insulinin qutusu artıq 80 manat olub. Qısa təsirli insulinlərdən olan "Apidra" isə ümumiyyətlə, satışda yoxdur. Apteklərdən birindən adının çəkilməsini istəməyən əczaçı deyib ki, bütün növ insulinlərin qiymətində kifayət qədər artım var. Qiyməti qalxmayan yeganə insulin "Levemir"dir ki, hazırda əvvəlki qiymətinə - 75 manata satılır. Hazırda şəkərölçən cihazlar da satışda yoxdur. Cihazlarda istifadə olunan testlərin də bəzilərini tapmaq müşkülə çevrilib. Şəkərli diabet xəstəliyinin xroniki xəstəlik olduğunu və bəzi xəstələrin, məsələn, ayda iki ədəd "Lantus", ən azı 15 ədəd ucluq, bir o qədər lanset, şəkərinin miqdarını ölçmək üçün gün ərində ən azı bir ədəd test istifadə etdiyi nəzərə alınarsa, bu cür xəstələrin ilkin ehtiyacları üçün ayda 100 manat vəsait kifayət etməyəcək. Bundan başqa, bu xəstələr təzyiqlərini sabit saxlamaq, eləcə də ürək fəaliyyətlərini tənzimləmək üçün də gündəlik dərman qəbul etməyə məcburdurlar. Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən, şəkərli diabet üçün lazım olan dərmanlar dövlət tərəfindən pulsuz təqdim olunmalıdır. Lakin şəkərli diabet xəstələri arasında pulsuz təqdim olunan insulinlərdən istifadə etməyənlər kifayət qədər çoxdur. Xatırladaq ki, bu ilin fevral ayında baş verən devalvasiyadan sonra insulinlərin qiymətində 60-70 qəpik bahalaşma qeydə alınıb.