Tarkanın bütün əməyi məhv oldu

sou
24-12-2015, 10:06 1074
Tarkanın bütün əməyi məhv oldu Müğənnin 6 il hazırladığı yeni albomu silinib.
Türkiyənin məşhur müğənnisi Tarkan yeni albomundaki mahnıları silinib.
Meqa ulduz 6 il hazırladığı yeni albomu üçün səsləndirdiyi ifaların studiya qeydləri silinib.
Bəxtsiz müğənni silinənləri geri qaytarmaq üçün 3 şirkətə müraciət etsə də bu mümkün olmayıb.
Tarkan son çarə olaraq daha ciddi bir şirkətə müraciət edəcək. Əgər diskdəki mahnılar bərpa olunmasa müğənni yenidən studiyada çalışmalı olacaq.
Albom 2016-cı ilin yanvar ayında çıxmalıdır.
Almaniyada yaşayan müğənninin bir müddət əvvəl evlənəcəyi xəbər yayılıb. Almaniyanın Köln şəhərində yaşayan Əsmər adlı bir gözəl qadın ilə eşq yaşayan ulduz ötən həftə türk ailəyə elçi gedərək qız istəyib.
Ailədən "hə" cavabı alan cütlüyün toyunun yaxın zamanlarda baş tutacağı gözlənilir. Toydan sonra ulduz müğənninin Almaniyaya köçəcəyi ehtimal edilir.
Bir müddət əvvəl Tarkanın Türkiyəni tərk edəcəyi barədə xəbər yayılmışdı. Bu xəbərlərə açıqlama verən Tarkan yayılan şayiələrdən təəssüfləndiyini demişdi:
"Ölkəmi çox sevirəm. Burdan necə gedə bilərəm? Tez-tez xarici ölkələrə getmək yaxşı təsir edir. Birdəfəlik gedə bilmərəm. Onsuz da bir ayağım xaricdədir. Amma daimi olaraq Almaniya və ya başqa ölkəyə köçməyimdən söhbət gedə bilməz".
Meqastar Tarkan 9 il Bilge Öztürk ilə sevgili olub. Lakin naməlum səbəblərə görə cütlük ayrılıblar.