Ərdoğan Gülən haqqında: "Mafiya şəbəkəsinin lideri..."

dunya
23-12-2015, 11:41 794
Ərdoğan Gülən haqqında: "Mafiya şəbəkəsinin lideri..." Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fəthullah Gülənin Türkiyəyə gətiriləcəyini bildirib.
Ərdoğan "paralel dövlət" strukturu haqqında danışarkən Fəthullah Güləni mafiya şəbəkəsinin başçısı adlandırıb.
17 dekabr 2013-cü il, 28 fevral, 12 mart, 27 may kimi günlər ölkəmizin tarixində "qara gün", "çirkin çevriliş cəhdi" kimi qalacaq. Bu tarixlərdə polis, prokurorluq, məhkəmə və digər dövlət orqanları içərisində gizlənmiş qaranlıq cinayət şəbəkəsi öz üzünü göstərdi. Suriyada Əsəd zülmündən əziyyət çəkən türkmən qardaşlarımıza yardım, silah-sursat aparat MİT-in maşınlarını durdurub Türkiyəni şantaj edən cinayət şəbəkəsinin bütün üzvləri və Pensilvaniyadakı başçısı ölkəyə gətirilib məhkəmə qarşısına çıxarılacaqlar" deyə Ərdoğan Fəthullan Gülənə sərt şəkildə səslənib.

Xatırladırıq ki, Türkiyədə AK partiya hakimiyyəti ilə arasında narazılıq yaranan Türkiyənin ən nüfuzlu şəxslərindən biri Fərthullah Gülən hazırda mövcud Türkiyə hakimiyyəti ilə düşmən vəziyyətindədir.