İstanbul hava limanında partlayış: yaralananlar var

dunya
23-12-2015, 11:36 2040
İstanbul hava limanında partlayış: yaralananlar var Sabiha Gökçen hava limanında partlayış baş verib. Partlayışda aeroportda təmizlik işləri ilə məşğul olan 33 yaşlı Canan Çelik Burgucu əlindən, 30 yaşlı Zəhra Yamaç isə başından yaralanıb.
AZXEBER.COM-un verdiyi xəbərə əsasən, partlayışın səbəbi məlum deyil.
Məlumata əsasən, yaralılar Mərmərə Universitetinin xəstəxanasına yatırılıb. Zəhra Yamaçın vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər cəlb edilib. Polislər aeroportun giriş və çıxışlarında bütün nəqliyyat vasitələrində yoxlama aparırlar. Hadisə yerinə polis helikopteri havadan dəstək üçün cəlb edilib.