Ərdoğan: "Putinə hər şeyi başa saldım"

dunya
22-12-2015, 10:03 1013
Ərdoğan: "Putinə hər şeyi başa saldım" Türkiyə prezidenti Rusiyanın Suriyadakı hərbi əməliyyatını yenidən qınayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriyadakı hərbi əməliyyatını yenidən qınayıb.
, Ərdoğan həmçinin Vladimir Putinlə Suriyanın şimalında yaşayan türkmənlər barədə danışdığını bildirib.
NTV kanalının verdiyi məlumata görə, bu barədə Ərdoğan Bursada Ticarət Sənaye Palatasının iclasında bildirib.
“Mən şəxsən Putinə demişəm ki, Bayırbucakda İŞİD terror qruplaşması yoxdur, orada türkmənlər yaşayır. İndi türkmənləri öldürürlər. Onlar bizim sərhədə gələrək ölsək də öz torpağımızda qalmaq istəyirik deyirlər. Bunların hamısını Putinə başa saldım” - deyə Ərdoğan qeyd edib.
Ərdoğan həmçinin Ankara və Moskva arasında münasibətlərdə böhrana baxmayaraq Rusiyaya türk ixracının arta biləcəyinə əminliyini ifadə edib.
"İndi Rusiyayla problemlərə baxmayaraq mən inanıram ki, bizim ixracımız yenidən böyüyəcək. Siz narahat olmaya bilərsiniz", -deyə prezident türk biznesmenlərə müraciətində bildirb.
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib. Təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Parisdə keçirilən İqlim Dəyişkənliyi konfransı zamanı görüşmək istədiyini dilə gətirmişdi. Lakin Putin Ərdoğanla görüşdən imtina edib.