Məsələ Rusiyanın çökdürülməsinə yönəlib

sosial
21-12-2015, 09:56 924
Məsələ Rusiyanın çökdürülməsinə yönəlib SSRİ-nin dağılması ərəfəsində baş verən proseslər təkrarlanır.
Hadisələr tərs kimi neftin qiyməti ətrafında baş verən proseslərlə eyni vaxta təsadüf etdi.Qiymət sürətlə aşağı düşür. Elə bil ki, ölüm ayağında olan xəstənin təzyiqidir. Neyləsən də, duşur ki, düşür. Qonağımız “Ekonomiks” Beynəlxalq Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovdur.
- Fikrət müəllim, qısaca olarq neftin qiymətinin aşağı düşmə səbəblərini təsnifatlandıraq.
- Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin iqtisadi səbəblərindən çox siyasi səbəbləri var. Burda bütövlükdə məsələlərin hamısı Rusiyanın iqtisadi cəhətddən çökdürülməsinə, zəiləndirilməsinə yönəldilmiş addımlardır. Məqsəd qiymətləri aşağı salmaqla Rusiyanı valyuta gəlirlərindən məhrum etməkdir. Belə ki, SSRİ-nin dağılması ərəfəsində baş verən proseslər bu gün Rusiya ətrafında baş verən proseslərlə praktiki olaraq eyniyyət təşkil edir. Yəni SSRİ bir tərəfdən Əfqanistanda müharibəyə cəlb olundu, eyni zamanda da Qərb onun valyuta gəlirlərindən məhrum olunması istiqamətində çox ciddi addımlar atdı. Məhz SSRİ-dən Avropaya ixrac olunan qaza kvota qoyuldu. Eləcə də Səudiyyə Ərəbistanı ilə Amerika Birləşmiş Ştatları arasında əldə olunan razılığa əsasən dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı salındı. Nəticədə, böyük bir ölkə iqtisadi cəhətdən tədricən çökdürüldü. Bu günləri də eyni proses baş verir. Artıq Rusiyanın hansı münaqişlərə cəlb edildiyi göz qabağındadır. Və dünya bazarında bu münaqişələr baş verə-verə neftin qiyməti aşağı düşür. İrana qarşı qoyulan qadağalar ortadan qaldırıldı. Bu gün İran bir gündə 2 milyon barrel neft istehsal edirsə, yaxın bir-iki il ərzində bu rəqəmi bir neçə dəfə artırmaq imkanlarına malikdir. Digər bir tərəfdən də Səudiyyə Ərəbistanı başda olmaqla, OPEC bir neçə dəfə son illər ərzində cəhd edib ki, neftin qiymətləri ilə bağlı bir qərar qəbul edilsin. Buna baxmayaraq qərar qəbul edilmir. Amerika 40 il bundan öncə neftin ixracına qoyduğu qadağanı aradan qaldırmaqla bazara təkrarən neft çaxaracaq. Və bu da qiymətləri daha sürətlə aşağı düşməsinə gətirib çıxaracaqdır. Bu gün neftin qiyməti 36-37 dollar həddindədirsə, yaxın gələcəkdə daha da aşağı düşəcəyi gözlənilir.
– Bu qeyri-bərabər mübarizədə Azərbaycanın da neft sahəsində itkiləri var və bu itkilərin olacağı hələ praqnozlaşdırılır. Sizcə, belə olan vəziyyətdə Azərbaycan nə etməlidir?
– Burada itki sözünün işlədiləməsinin tam əleyhinəyəm. Yəni burda itkidən söhbət getmir. Neftin qiymətinin -120, 130, 140 və 178 dollara qədər yüksəldiyi vaxtlar olub. Məhz bu qiymət artımı müqabilində biz əlavə gəlir əldə edirdik. Bu gün isə neftin qiyməti aşağı düşüb. Hazırda Azərbaycan hökuməti o gəliri əldə etmir. Real iqtisadi bir durumda neftin qiyməti 50-60 dollarda yuxarı olmamalıdır. Neftin qiyməti yuxarı olduğu vaxtlarda biz çox gəlir əldə etmişik. Bu gün neftin qiyməti aşağıdır az qazanırıq.