Qənirə Paşayeva adaşını dəstəklədi: İlk daşı o atsın...

musahibe
21-12-2015, 09:53 1250
Qənirə Paşayeva adaşını dəstəklədi: İlk daşı o atsın... "Bu cür addımlarımızla həmin insana qarşı nə qədər ağır psixoloji zərbələr vurduğumuzu unutmamalıyıq."
Azərbaycan Milli Məclisinin millət vəkili Qənirə Paşayeva ANS TV-nin ABŞ bürosunun rəhbəri Qənirə Ataşovanın ətrafında yaranmış sual qalmaqalına münasibət bildirib. ANS PRESS-in məlumatına görə, millət vəkili sosial şəbəkədəki səhifəsində, Qənirə Ataşovaya yönələn və tənqid hüdudunu aşan fikirlərin doğru olmadığını ifadə edib.
“Hər bir insanı tənqid etmək olar amma beldən aşağı zərbələr, məsxərə, lağlağı doğru deyil. Qənirə Ataşova bir azərbaycanlı xanımdır və yaxşı jurnalistlərimizdən biridir. Ona qarşı sosial şəbəkələrdə aparılan təbliğatı doğru hesab etmirəm. Bu həyatda heç kəs xətasız deyil bunu hər birimiz yaxşı anlamalıyıq. Və inanıram ki, Qənirə Ataşova jurnalistikanı öyrəndiyi kimi ingilis dilini də yaxşı öyrənəcək. Biz bir millətin övladlarıyıq, səhvlərimiz olduğunda bir-birimizi sağlam tənqid etməliyik amma kin,nifrət qusaraq,aşağılayaraq, beldən aşağı zərvələr vurub məsxərəyə qoyaraq deyil. Bu cür addımlarımızla həmin insana qarşı nə qədər ağır psixoloji zərbələr vurduğumuzu unutmamalıyıq. Təkrar edirəm həyatda səhvsiz, xətasız insan yoxdur. Varsa məşhur hikmətdə deyildiyi kimi buyursun ilk daşı o atsın...”
Bir neçə gün əvvəl ANS-in ABŞ bürosunun rəhbəri Qənirə Ataşova Dövlət Departamentinin toplantısında qurumun sözçüsü Con Kirbiyə sual vermiş, sözçü verəcəyi açıqlamadan yayınmaq üçün sualı başa düşmədiyini demişdi.