Aqil Abbas şəhidlərlə bağlı təklif verdi

musahibe
18-12-2015, 13:41 1200
Aqil Abbas şəhidlərlə bağlı təklif verdi Milli Məclisin bugünkü iclasında “Silahlı Qüvvələrin Qarnizon və qaravul xidmətləri nizamnaməsində” dəyişiklər edilməsi müzakirə edilərkən deputat Aqil Abbas təkliflə çıxış edib.
Deputat bildirib ki, Türkiyədə şəhid harada basdırılmasından asılı olmayaraq, onun qəbrinin yanına bayraq qoyulur.
“Türkiyənin bu ənənəsi çox yaxşıdır və həmin qəbiristanlığın yanından keçərkən orada şəhidin yatdığı məlum olur.
Təklif edərdim ki, biz də belə edək. Şəhidlərimiz öz elində-obasında basıdırılarkən onun qəbrinin yanında bayraq asılsın. Bu, eyni zamanda şəhidə göstərilən böyük ehtiramdır”.
Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, deputat Aqil Abbasın qaldırdığı məsələ maraqlıdır və gələcəkdə dəfn mərasimində xüsusi güşənin yaradılması mümkün ola bilər. “Lakin hələlik əlimizdəki qanun layihəsi budur və bu təkliflər gələcəkdə nəzərə alına bilər”,