» » Oqtay Əsədov Zahid Oruca etiraz etdi


Oqtay Əsədov Zahid Oruca etiraz etdi

18-12-2015, 13:15
Oxunub: 666
Çap et
Oqtay Əsədov Zahid Oruca etiraz etdi Modern.az xəbər verir ki, ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin sədri, Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristofer Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənədlə bağlı deputat Zahid Oruc danışıb.
O qeyd edub ki, bu önəmli sənəd olmasa da, biz rahatlanmamalıyıq.
“Düzdür, bu sənəd önəmli deyil, bu erməni iddiası ilə gəlib, pulu işləyən qrupların işidir. Amma bu əsas məsələ deyil. Biz rahatlanmamalıyıq, əksinə işləməliyik. Qeyd edirik ki, bizi sevən konqresmenlər var. Qoy buna bənzər sənədi onlar hazırlasınlar. Biz Amerika ilə işləməliyik.
Onların çoğrafiyası genişdir və qanunları da imkan verir ki, onlarla əlaqə saxlayaq. Belə addamlara əsas verməmək üçün işləməliyik”.
Deputatın fikrinə cavab verən spiker Oqtay Əsədov Azərbaycan diasporu ilə erməni diasporunun işini eyniləşdirməməyi deyib.
“Azərbaycan diasporu işləyir. Lakin baxın görün, erməni diasporu necə əsrdir fəaliyyət göstərir və Azərbaycan diasporu nə zaman yaranıb. Biz 20 ilə böyük işlər görmüşük və qısa zamanda belə güclü diasporun yaradılması asan məsələ deyil. Daha artığını istəmək isə hesab edirəm ki, düz deyil”.
Reytinq: