Gələn il ləğv ediləcək nazirlik və dövlət komitələri - SİYAHI

sosial
18-12-2015, 13:12 929
Gələn il ləğv ediləcək nazirlik və dövlət komitələri - SİYAHI Hökumət anti-böhran tədbirləri çərçivəsində bir neçə dövlət qurumunu ləğv etməyə hazırlaşır.
Növbəti ildə Nəqliyyat Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, “Azərenerji”, Su və Meliorasiya Xidməti, Diasporla Iş üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanlarının bəzilərindəistintaq idarələri, “JEK”lər, Daxili Işlər Nazirliyi istisna olunmaqla dövlət qurumlarının yerli idarə və şöbələrinin ləğv olunması planlaşdırılır.
Bildirilir ki, Nəqliyyat Nazirliyinin yerdə qalan səlahiyyətləri (bu qurum əksər səlahiyyətlərini artıq itirib) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilə bilər. Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, “Azərenerji”nin isə Sənaye və Energetika Nazirliyinə birləşdirilməsi gözlənilir.
Bəzi məlumatlara görə, mümkündür ki, “Azərnereji” ilə Sənaye və Energetika Nazirliyi ləğv edilərək onların bazasında yeni vahid qurum yaradılsın. Su və Meliorasiya Xidmətinin səlahiyyətləri isə 3 qurumun arasında bölüşdürələ bilər. Bu qurumlar Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və “Azərsu”dur. Diasporla Iş üzrə Dövlət Komitəsinin isə Xarici Işlər Nazirliyinə birləşdiriləcəyi bildirilir.