Yeni “ASAN” tikilir - 9 milyonluq sərəncam

gundem
18-12-2015, 11:17 1131
Yeni “ASAN” tikilir - 9 milyonluq sərəncam Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi üçün 9,0 (doqquz) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.