Şirməmməd Hüseynovun 91 yaşı tamam oldu

sosial
18-12-2015, 09:47 982
Şirməmməd Hüseynovun 91 yaşı tamam oldu “Cumhuriyyət dövründə bizə Azərbaycan adlı dövlət yaradanları gərək bu millətə tanıdaq”.
Cumhuriyytə dövrünün araşdırmaçısı, jurnalist Şirməmməd Hüseynovun bu gün (17 dekabr) 91 yaşı tamam oldu.
ANS TV-nin məlumatına görə, onu jurnalistlərin ustadı, müəllimi etalonu da adlandırmaq olar. Söhbət 91yaşlı Şirməmməd Hüseynovdan gedir. 1924-cü ilin bu günü Şəkidə dünyaya göz açan Şirməmməd müəllim bütün ömrünü mətbuata həsr edib:
Elə əbəs yerə deyil ki, Bakı Dövlət Universitetində Jurnalistika fakultəsinin kafedra müdiri, dekanı və digər vəzifələri icra edib.
Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib.
Azərbaycan Demokratik Cumhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.
Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.
Şirməmməd Hüseynov deyir ki, cumhuriyyət dövründə bizə Azərbaycan adlı dövlət yaradanları gərək bu millətə tanıdaq.
Ən əsası Şirməmməd Hüseynov yaddaşlara vicdanla jurnalist kimi həkk olunub.