Məhşur futbolçu həbs edildi

idman
17-12-2015, 13:17 1005
Məhşur futbolçu həbs edildi Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə məşhur futbolçu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Binəqədi Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, məhkəmə qərarı ilə veteran futbolçu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına göndərilib.
Maşallah Əhmədovun saxlanması barədə dekabr ayının 15-də məlumat yayılıb. O, külli miqdarda pul mənimsəməkdə ittiham edilir.
Məlumata görə, M. Əhmədov barəsində Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 178.3.2-ci (Dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sabiq futbolçu paytaxt sakini Fəqan Cəfərovdan 2012-ci ildə 72 min manat dəyərində üzlük piltə, Yusif Əzizov adlı şəxsdən 105 min manat dəyərində mərmər daşı götürüb pulunu ödəməməkdə, daha bir vətəndaşdan isə oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb geri qaytarmamaqda ittiham edilir.
Onun vətəndaşlara vurduğu maddi zərərin ümumi məbləği 192 min manatdır və başqa vətəndaşlara qarşı da belə bir addım atıb-atmadığı hazırda araşdırılır.