“Qəbələ” klubu jurnalistin ölümünə görə həbs edilən futbolçu ilə bağlı açıqlama yayıb

idman
10-08-2015, 18:03 1251
“Qəbələ” klubu jurnalistin ölümünə görə həbs edilən futbolçu ilə bağlı açıqlama yayıb “Qəbələ” futbol klubu jurnalist Rasim Əliyevin öldürülməsinə görə şübhəli şəxs qismində saxlanılan Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovla bağlı açıqlama yayıb.
Apasport.az saytı xəbər verir ki, klubun rəsmi “facebook” səhifəsi vasitəsilə yayılan açıqlamada Elşən İsmayılovun “Qəbələ”nin oyunçusu olmadığı vurğulanıb.
Həmin bəyanatda deyilir: “Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-si perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi”.