İlk derbidən Dənizli məğlub ayrıldı

idman
15-12-2015, 09:46 990
İlk derbidən Dənizli məğlub ayrıldı Turun son oyununda "Beşiktaş" "Qalatasaray"ı qəbul edərək əzmkar qələbə qazanıb.
İstanbul derbisiylə Türkiyə Super Liqasında XV tura yekun vuruldu.
Turun son oyununda "Beşiktaş" "Qalatasaray"ı qəbul edərək əzmkar qələbə qazanıb.
Birinci hissə qolsuz bərabərliklə başa çatsada ikinci hissə marağlı və gərgin oyun gedib. Qollar oyunun başa çatmasına yarım saat qalmış vurulub. Hesabı 54-cü dəqiqədə "Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyder açıb. 2 dəqiqə sonra "Beşiktaş"ın almaniyalı hücümçusu Mario Qomes bərabərliyi təmin edib. 74-cü dəqiqədə isə Gökhan Töre "Beşiktaş"a qələbə gətirən qola imza atıb.