Habil Əliyevə görə jurnalistlər xəstəxanaya çağırıldı

sosial
18-08-2015, 16:00 965
Habil Əliyevə görə jurnalistlər xəstəxanaya çağırıldı Xalq artisti, ustad sənətkar Habil Əliyevi müayinə etmək üçün Türkiyənin tanınmış həkimi Özqan Ocaq səhər saatlarında Bakıya gəlib.
Həkim yaxın bir neçə saat müddətində sənətkarı müayinə edəcək.
Bu gün saat 12-də Mərkəzi Kliniki Xəstəxanada türk həkimi Habil Əliyevin səhhəti ilə bağlı mətbuat konfransı keçiriləcək və onun səhhəti ilə bağlı jurnalistlər məlumatlandırılacaq.
Bu barədə Publika.az-a sənətkarın xanımı Şərqiyyə Əliyeva məlumat verib.
Şərqiyyə xanım Habil Əliyevin son durumu ilə bağlı bunları deyib:
"Habili süni nəfəs aparatına qoşulub, nə danışır, nə də gözlərini açır. Yanına yalnız qızlarımı qoyurlar. ANS-dən Mir Şahin yanına gəlmişdi, həkimlə birgə Habilə baş çəkib. Gecə Mir Şahin mənə dedi ki, Habil müəllimi səslədim, o da yavaşca əlimi sıxdı və gözlərini yarımçıq açdı. Bilmirik necə olacaq, əlac Allaha, bir də həkimlərə qalıb.