Bu mağara niyə fərqlidir.

maraqli
18-08-2015, 15:50 785
Bu mağara niyə fərqlidir. Türkiyənin Kavaklıdərə şəhərinin Məntəşə qəsəbəsinin Başpınar yaylağında yerləşən "təbii soyuducu" adlandırılan "Yerküpə mağarası" dünyanın qeyri-adi mağaraları sırasında qərarlaşır.
Yay aylarında ətraf ərazilərdə istilik 38 dərəcə olduqda mağarada maksimum beş dərəcə istilik müşahidə edilir. Tarixi yaşı qədimlərə gedib çıxan mağaradan çobanlar hələ qədim dövrdə ərzaq yerləşdirmək üçün istifadə ediblər. Ətrafı yeddi yüz il tarixi yaşı olan çinar və söyüd ağacları ilə əhatələnmiş bu mağara minlərlə xarici və yerli turistin marağına səbəb olub. Bu il mağaranı ümumilikdə 10 min turist ziyarət edib. Ümumi uzunluğu 110 metr olan mağarada müxtəlif dərə və yarğanlar olduğu üçün, işıqlandırma sistemi ilə təchiz olunub.
Qeyd edək ki, əvvəllər yaylaqda olan heyvanların sərinlənmə yeri kimi istifadə olunan mağara, hazırda müvafiq valilik tərəfindən turizm məkanı kimi qorunur.