ADMİU-nun SABAH-çıları Krakov Teatr festivalında.

medeniyyet
10-12-2015, 12:37 1303
ADMİU-nun SABAH-çıları  Krakov Teatr festivalında. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və SABAH qrupunun II kurs tələbələri Şövkət Məhərrəmova (rejissor ixtisası), İbrahim Tağızadə (rejissor ixtisası), Nərmin Xankişiyeva (musiqi teatr rejissoru) və Sevgin Rzayeva (aktyor sənəti) dekabr ayının 4-13-ü tarixlərində Polşanın Krakov şəhərində Adam Mitskeviç İnstitutunun dəvəti ilə 8-ci Beynəlxalq “İlahi komediya” teatr festivalının qonağı olub. “İlahi komediya” sənətsevərlərə Polşanın müasir teatr həyatı ilə yaxından tanış olmaq imkanı yaradan, dünyanın ən maraqlı beynəlxalq teatr festivallarındandır. Beynəlxalq əməkdaşlıq, mədəni mübadilə, Polşanın müasir teatr həyatı ilə tanışlıq, tələbələr və müəllimlər arasında əlaqələrin möhkəmlənməsi məqsədi ilə ADMİU-nun müəllim və tələbələri zəngin proqramı olan festival çərçivəsində nümayiş olunan 16 tamaşanı izləyəcək, müasir teatr sənətinin tanınmış rejissor və aktyorları ilə görüşlərdə, onların ustad dərslərində, mühazirə və seminarlarda yaxından iştirak edəcəklər.