Adel türk çıxdı

sou
10-12-2015, 10:38 2197
Adel türk çıxdı Dünyanın ən güclü səsi 6 il öncə özü bu barədə açıqlama verib.
Dünyanın ən güclü səslərindən biri hesab edilən Adel türk çıxdı. Bu barədə yazı "Hürriyət" qəzetində yer alıb. Günlərdir "Million Years Ago" (Milyon illər öncə) mahnısının türk sənətçi Ahmet Kayanın "Acılara Tutunmak" mahnısından plagiat olması ilə bağlı iddialarla gündəmə gələn Adel haqqında daha bir maraqlı fakt yayılıb.
Sən demə o türk əsillidir. Bunu Adelin özü reportajlarından birində deyib. Məşhur müğənni 2009-cu ildə Hollandiyanın RT4 kanalına açıqlamalar verib.
Böyük doğuduğu yerləri gəzən həyatı barədə danışan Adel artıq çəkisi barədə danışıb. O, uşaqlığından bəri heç zaman arıq olmadığını qeyd edib. "Musiqi qulaq üçündür, göz üçün yox. Görünüşüm də dünya üçün yox, sevgilim üçün önəmlidir. O xoşbəxt olduğu müddətdə mən də xoşbəxtəm. Britni Spirs kimi arıq olmağın neçəyə başa gəldiyini bilirsiniz? Bunun üçün nə pulum, nə də zamanım var".