"Günə baxan" efirə niyə gecikdi?

sou
9-12-2015, 14:00 1237
"Günə baxan" efirə niyə gecikdi? ANS telekanalında həftə içi beş gün saat 10:00-da efirə gedən “Günə baxan” verilişi bu gün yayıma 1 saat gec başlayıb.
Bu haqda aparıcı Elgiz Əkbər açıqlama verib. O, texniki problemlərin yarandığını bildirib:
“Bu gün həmişə olduğu vaxtda efirə çıxmadıq. Bir balaca texniki problem olmuşdu. Lazımlı qurumlar dəstək göstərdi və qısa zamanda problem aradan qaldırıldı. Hər şey yerini aldı”.
Qeyd edək ki, 1 saat ərzində “Günə baxan” verilişinin əvəzinə efirdə “Möcüzələr adası” filmi nümayiş olunub.