"Evlənib-boşanmaqla gündəmə gəlirlər"

sou
8-12-2015, 13:29 1114
"Evlənib-boşanmaqla gündəmə gəlirlər" Uzun müddətdir gündəmdən uzaqlaşan müğənni Sevinc Musayeva tədbirlərin birində fotokameramıza tuş gəlib.
Axşam.az-a açıqlama verən sənətçi geri çəkilməyinin səbəbini açıqlayıb:
“Efirlərdə az-az görünmək mənim imicimdir. Buna görə də mən fərqləniəm. Uzun müddətdir ki, Bakıda deyildim, rayonlarda idim. Yaxşıca dincəldim, gəzdim. Başqaları kimi hara getdim, tez foto paylaşım, özümü reklam edim etmirəm. Mən 5 il də efirə çıxmasam, tamaşaçı məni unutmayacaq. Vay o müğənnilərin halına ki, pul ödəyib efirə çıxır. Pulu qurtaranda unudulur. Bilmirlər necə gündəmə gəlsinlər: evlənir, boşanır, saç formasın dəyişirlər. Mən insanları bu cür yalançı addımlarla yormaq istəmirəm”.
S.Musayeva hər zaman tamaşaçı ilə səmimi olduğunu deyib:
“Efirə çıxıb necə gəldi danışıb, özümü yalan formada qələmə vermək mənlik deyil. Avtomobilim kreditdir. 3 ildir ödəyirəm. Bunları niyə yalandan şişirdim ki...”.