Ötən ay Ceyhan limanından 2,4 milyon tona yaxın Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

iqtisadiyyat
10-08-2015, 18:00 968
Ötən ay Ceyhan limanından 2,4 milyon tona yaxın Azərbaycan nefti dünya bazarlarına çıxarılıb İyulda 2 milyon 382 min 65 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına yola salınıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 628 min 822 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 16 milyon 991 min 794 ton olub. Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən cari il avqustun 1-ə kimi Ceyhan limanından 279 milyon 459 min 854 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.