Prezident İlham Əliyev: “Türkiyə və Azərbaycan bir-birini dəstəkləyir və dəstəkləyəcək”

gundem
4-12-2015, 13:26 1230
Prezident İlham Əliyev: “Türkiyə və Azərbaycan bir-birini dəstəkləyir və dəstəkləyəcək” “Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir”.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğluilə geniş tərkibdə görüşdə deyib.
Dövlət başçısı qeyd edib:
“Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox böyük əhəmiyyət veririk.
Parlament seçkilərindən sonra ilk səfərinizdir. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Şadam ki, Siz ilk səfəri qardaş ölkəyə edirsiniz. Bu da təbiidir.
Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik. Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir. Bizim əlaqələrimiz ən yüksək zirvədədir”.
İlham Əliyev vurğulayıb ki, Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir:
“Bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik.
Şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Əminəm ki, hökumətin yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə edəcəklər, əlaqələrimizin inkişafı üçün yeni yollar axtaracaqlar və tapacaqlar.
Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Biz bütün sahələrdə gözəl inkişafı görürük. Əminəm ki, Sizin səfəriniz də bu istiqamətdə çox önəmli addım olacaqdır. Bir daha xoş gəlmisiniz”.