Dərmanların qiymətlərini telefon və planşetlərdən izləyə bilərsiniz

sehiyye
3-12-2015, 11:57 1111
Dərmanların qiymətlərini telefon və planşetlərdən izləyə bilərsiniz Bu, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır.
Azərbaycanda satışda olan dərmanların qiymətlərini telefon və planşet vasitəsilə də öyrənmək mümkün olacaq.
Qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.
Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif Şurasının www.tariff.gov.az saytının "Dərman vasitələri" bölməsində "pdf" formatında yerləşdirilib.
Bu isə, həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır.