Fransa Türkiyə ərazisinə girəcək

dunya
3-12-2015, 11:53 952
Fransa Türkiyə ərazisinə girəcək Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Türkiyə Fransaya İŞİD-ə zərbələr endirmək üçün ölkənin hava məkanından istifadə etməyə icazə verib.
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) xəbər yayıb. Rəsmi Ankara Fransanın Suriya və İraqdakı İŞİD terrorçularına Türkiyənin hava məkanından zərbə endirmək istəyini müsbət qarşılayıb.
“Türkiyə hökuməti Fransanın müvafiq sorğusuna müsbət cavab verib”, - deyə Türkiyənin XİN-dən bildirilib.
Bu, Fransa hərbi təyyarələrini “İncirlik” hərbi bazasında yerləşdirməyə və Türkiyə hava məkanından istifadə edərək terrorçulara zərbə vurmağa imkan verəcək.
Ötən gün NATO-ya üzv ölkələr Suriya-Türkiyə sərhədində baş verən hadisədən sonra Türkiyənin hava məkanının təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi haqda qərar qəbul edib.
Bu bəyanatı NATO Xarici İşlər nazirlərinin Brüsseldə keçən toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq səsləndirib.
Yens Stoltenberq - NATO-nun baş katibi