"Real Madrid" klubu cəzalana bilər

idman
3-12-2015, 11:47 1104
"Real Madrid" klubu cəzalana bilər Kral klubuna texniki məğlubiyyət verilə bilər
Futbol üzrə İspaniya kubokunun 1/16 final mərhələsi çərçivəsində "Real Madrid" klubu "Kadis"lə qarşılaşıb
Oyun "kral klubunun" 3:1 hesablı gələbəsi ilə başa çatıb.
Oyunda hesabı matçın 3-cü dəqiqəsində "Real Madrid" klubunun rusiyalı futbolçusu Denis Çerışev açıb. Oyundan sonra isə, mətbuatda Denis Çerışevin hələ "Vilyarreal" klubunda çıxış etdiyi zaman İspaniya kuboku uğrunda oyunlarda 3 sarı vərəqə aldığı üçün diskvalifikasiya olunduğu bildirilib və rusiyalı futbolçunun "Kadis" klubu ilə oyunda iştirak etməli olmadığı barədə informasiya yer alıb. Bu səbəbdən isə, "Real Madrid" klubu İspaniya kubokundan kənarlaşdırıla bilər.
Madrid klubunun çalışdırıcısı Rafael Benites Çerışevin cəzalı olduğundan bixəbər olduğlarını bildirib: "Bizim Çerışevin bu oyunda iştirak etmə hüququnun olmadığından bixəbər idik. Heçkim bu barədə bizə xəbər verməyib. Biz bu xəbəri bildikdən sonra, Çerışevi dərhal əvəz elədik."
Denis Çerışev özü isə "Vilyarreal" klubunun onun diskvalifikasiya olduğu barədə ona xəbər edilmədiyini bildirib.