Davudoğlu Azərbaycana gəlir

siyaset
3-12-2015, 11:45 974
Davudoğlu Azərbaycana gəlir Baş nazirin İlham Əliyev və Artur Rəsı-zadə ilə görüşlər keçirəcəyi gözlənilir.
Bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gəlir.
Türkiyənin Baş Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə baş nazir Artur Rasizadə ilə görüşəcək.
Türkiyə rəsmisi yeni hökümət qurulduqdan sonra ilk səfərini Şimalı Kipr Türk Respublikasına edib. Davudoğlunun Azərbaycan səfəri yeni hökumətin ilk 100 günlük proqramına salınıb.
Məlumata görə, Əhməd Davudoğlunun Bakı səfərində Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq aləmdə baş verən hadisələr müzakirə olunacaq. Dekabrın 4-də Davutoğlu Azərbaycan Diplomatik Akademiyasında (ADA) müəllim və tələbələrinin qarşısında çıxış edəcək. Baş nazirin növbəti səfərinin İraqa olacağı gözlənilir. Rusiya və Türkiyə arasında qırıcı qalmaqalından sonra Türkiyə hökümətinin yüksək çinli məmuru Azərbaycana səfər edir. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlı Bakıya səfər edir.
Təyyarə qalmaqalının davam etdiyi bir vaxtda baş tutan səfərlər dünya mətbuatının diqqət mərkəzindədir. Rusiya ekspertləri yeni hökumət formalaşdırıldıqdan sonra baş tutan səfərin əsas mövzularından birinin Türkiyə və Rusiya arasında baş verən mübahisənin olacağını bildirirlər. Həmçinin səfər zamanı Türkiyənin yük maşınlarının tranziti üçün müzakirələrin aparılacağı gözlənilir.
Davudoğlu baş nazir kimi Azərbaycana ilk səfərini ötən ilin sentyabr ayında edib.
Davudoğlu Bakıda səfərdə olarkən - Sentyabr, 2014-cü il
Həmin vaxt Davudoğlunu həyat yoldaşı Sare Davudoğlu, baş nazirin müavini Yalçın Akdoğan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, təhsil naziri Nabi Avcı və başqaları müşayiət edib. Səfər zamanı Davudğolu sadə vətəndaşlarla səmimi söhbəti edib və məsciddə namaz qılıb.