Azərbaycanda dərsdən yayınan şagirdlər 100 manat cərimələnəcək

tehsil
2-12-2015, 13:05 1187
Azərbaycanda dərsdən yayınan şagirdlər 100 manat cərimələnəcək Azərbaycanda orta məktəblərin dərslərindən yayınan şagirdlər çərimələnəcəklər. Modern.az saytı xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulur.
İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzr dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə, 100 manat miqdarında cərimə tətbiq edilir.
Dəyişikliklə bağlı çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, şagirdlərin bir ay ərzində 7 gündən çox qalamlarına görə 100 manat deyil, 300 manat məbləğində cərimə tətbiq edilsin. Eyni zamanda qanunlarda qaydaların sərtləşdirilməsini əsas tuttan deputat qeyd edib ki, qanunlarda cərimələr nə qədər çox sərtləşdirilsə, ona bir o qədər riayət olunar.