Şahzadənin yeni fotoları yayıldı

maraqli
30-11-2015, 09:51 955
Şahzadənin yeni fotoları yayıldı Yelizaveta Diana Şarlotta Birləşmiş Krallıq taxt-tacının 4-cü varisidir.
Kembriç hersoqinyası Keyt Middeltonun və Kembriç hersoqu şahzadə Uilyamın 6 aylıq qızı şahzadə Yelizaveta Diana Şarlottanın yeni fotoları yayılıb. ANS PRESS-in məlumatına görə, Yelizaveta Diana Şarlotta 2015-ci il mayın 2-də dünyaya gəlib. Şarlotta, babası 67 yaşlı şahzadə Çarlz, 33 yaşlı atası şahzadə Uilyam, 28 aylıq qardaşı şahzadə Corcdan sonra Birləşmiş Krallıq taxt-tacının 4-cü varisidir.