London Universitetinin beynəlxalq proqramına qəbul olunan ilk tələbənin adı açıqlanıb

tehsil
10-08-2015, 17:59 1234
London Universitetinin beynəlxalq proqramına qəbul olunan ilk tələbənin adı açıqlanıb London Universitetinin beynəlxalq proqramına qəbul olunan ilk tələbənin adı açıqlanıb
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) həyata keçiriləcək London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramına qəbul olunan ilk tələbənin adı açıqlanıb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, bu uğura universitetin maliyyə fakültəsinin ikinci kurs tələbəsi Emil Qocayev nail olub. Onun akademik göstəriciləri və xarici dil bilikləri London Universiteti tərəfindən bəyənilib və tələbə gəncə şərtsiz qəbul məktubu göndərilib.
Qeyd edək ki, London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramına qəbul davam edir. Proqrama qəbul olunmaq istəyən tələbələrə ingilis dili sertifikatını əldə etmək üçün əlavə vaxt veriləcək.
Maraqlananlar proqram barədə ətraflı məlumatı (012) 492 60 45 əlaqə nömrəsindən əldə edə bilərlər.