Daha bir ölkə Türkiyədən imtina edir

dunya
27-11-2015, 10:48 1044
Daha bir ölkə Türkiyədən imtina edir Belaruslu turizmçilər Türkiyə səyahətlərində Rusiyanın turizm şirkətləri ilə əməkdaşlıq edir.
Türkiyə - Rusiya arasında baş verən hərbi təyyarə qalmaqalından sonra Belarus da Türkiyəya nəzərdə tutulan turist turlarını dayandıra biləcəyini açıqlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Belarus Turizm və İdman Nazirliyi Turizm departamentinin direktoru Vadim Karmazin açıqlama verib.
Departament rəhbəri bildirib ki, Rusiyada turizm şirkətlərinin Türkiyə turlarını dayandırması Belarusdan Türkiyəyə səyahət edənlərin sayına da təsir edəcək.
“Ölkəmizdəki turizm şirkətləri Türkiyə istiqamətindəki səyahətlərdə Rusiyanın turizm şirkətləri ilə əməkdaşlıq edir. Belaruslu turistlərin Türkiyə səyahəti Moskva üzərindən baş tutur. Rusiya şirkətlərinin Türkiyə turlarını ləğv etməsi belaruslu turistlərə də təsir edəcək.”
Belarus vətəndaşlarının istirahət variantları arasında Türkiyənin 3-cü yerdə olduğunu deyən Karmazin, əlindəki məlumatlara görə, Türkiyəyə hər il 70 minə yaxın belaruslu turistin səyahət etdiyini, İstanbuldakı Belarus konsulluğunun məlumatına görə bu rəqəmin 120 min ilə 140 min olduğunu deyib.
Vadim Karmazin Türkiyə turları mövzusunda vəziyyətin qarşıdakı günlərdə dəqiqləşdiriləcəyini deyib.