Mədəndən yayılan palçıq toksiki deyil

arasdirma
27-11-2015, 10:17 1004
Mədəndən yayılan palçıq toksiki deyil Su bəndinin uçmasına səbəb olan mədən əməkdaşı açıqlama verib.
Braziliyada su bəndinin uçmasına səbəb olan Avstraliyanın mədən şirkəti "BHP" dağıntı zamanı şəhərə yayılan palçığın toksik olmadığını deyib.
Ötən gün Birləşmiş Millətlər Təşkilatı (BMT) ekspertləri bəndin dağılması nəticəsində ətrafa “20 min olimpiya üzgüçülük hovuzu qədər” palçığın yayıldığını məruzə etmişdi.
Minas-Jerayis ştatında baş vermiş hadisə nəticəsində 13 nəfər ölmüşdü. 11 nəfər isə, hələ də itkin hesab olunur.