Narazı sakinlər

sosial
26-11-2015, 12:07 1095
Son illər Mənzil-Kommunal İstismar İdarələri barədə deyilənlər onu deməyə əsas verir ki, bu qurumlar sanki özlərinə söz veriblər ki, heç bir işin ucundan tutmayacaqlar. Danılmazdır ki, bu gün Mənzil-Kommunal İstismar İdarələrinin fəaliyyətsizliyi, heç bir işə yaramamaları, sadəcə olaraq formal xarakter daşıdıqları hər kəsə məlumdur. Və ən əsası da, durumun bu cür olmasına baxmayaraq, bu kimi hallar sözügedən qurumu heç də narahat etmiş görünmür.
Bildiyimiz kimi, Mənzil-Kommunal Təsərrüfat İdarələri ümumilikdə özündə mənzil təsərrüfatını (yaşayış kompleksinin istismarı və xidməti, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması) və kommunal xidmətlər sahələrini (su təchizatı və kanalizasiya xidmətləri, istilik, elektrik və qaz təchizatı, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, lift xidməti, şəhər elektrik nəqliyyatı, hamam, camaşırxana və mehmanxana təsərrüfatı) əhatə edir. Bəs görəsən, qurumun səlahiyyətində kifayət qədər görülməli işlər olduğu halda, yaranmış problemləri vətəndaşlar niyə özləri həll etməli olurlar? Təbii ki, bu sual artıq xeyli müddətdir ki, cavabsız qalır. Hər rayon ərazisində bir neçə Mənzil-Kommunal İstismar İdarələri var ki, həmin o Mənzil-Kommunal İstismar İdarələri, rayon üzrə Mənzil-Kommunal Təsərrüfat Birliyinə tabedirlər. Lakin qeyd edək ki, bu gün kifayət qədər Mənzil-Kommunal İstismar İdarələrindən redaksiyamıza şikayətlər daxil olub ki, bizlər də həmin şikayətləri hər dəfə işıqlandırmağa çalışmışıq. Elə bu gün də redaksiyamıza daha bir şikayət daxil olub ki, onu da sizlərin diqqətinə çatdırırıq. Qeyd edək ki, daxil olan şikayətdə Abseron rayon Xırdalan şəhərində yerləşən Mənzil-Kommunal İstismar Sahəsindəndir. Rayon sakinləri JEK-dən şikayətçi olduqlarını, dəfələrlə bildirsələr də, onların şikayətinə baxan yoxdur. İddialara görə, JEK heç bir işə yaramadığı halda, hələ vətəndaşlardan əmlak vergisi də yığır. Halbuki, sakinlərin dediyinə görə, rayon ərazisində mövcud problemlərin hər birini özləri həll edirlər. Amma həmin işlərin görülməsi, məhz 94 saylı Mənzil-Kommunal İstismar Sahəsinin səlahiyyətindədir. Şikayətdə qeyd olunur ki, vətəndaşlar M. Hüseynzadə küçəsi Bina 2. Mən.11- də yaşayan sakinlər yaşadığı binanın zirzəmisində qurum sularının olduğunu bildirmişlər. Dəfələrlə Mənzil İstismar Sahəsinə yazılı müraciət etsələrdə şikayətə baxan olmayıb. Sözləri də bu olur ki, sakinlər pul yığsın sonar gəlib, təmizləyərik. Daha bunu bilmiurlər ki, binada elə insanlar var ki, təqaüdlə dolananlardır. Onlar ayın sonuna qədər məvaciblərini güclə çatdırırlar. Prezidentimiz İlham Əliyev cənabları həmişə deyir ki, xalqı incitməyin, onların şikayətinə baxın. Görünür Mənzil İstismar Sahəsi bu sözləri qulaq ardına vururlar. Biz də bir Realfakt əməkdaşı olaraq, şikayətçimizin şikayətini öz saytımızda yerləşdirdik.
Müəllif: Bir qrup sakin tərəfindən