» » "Atletik" İspanya Superkubokunun sahibi oldu


"Atletik" İspanya Superkubokunun sahibi oldu

18-08-2015, 12:03
Oxunub: 597
Çap et
"Atletik" İspanya Superkubokunun sahibi oldu İspaniyanın Bilbaolu "Atletik" komandası cavab qarşılaşmasında "Barselona" ilə heç-heçə oynayaraq İspaniya Superkubokunun sahibi oldu.
Qarşılaşma Barselonada "Kamp Nou" meydanında baş tutub və 1:1 hesabı ilə yekunlaşıb. Qolları Lionel Messi (44-cü dəqiqə) və Arits Aduris (74-cü dəqiqə) vurublar.
Hakim oyun ərzində 2 qırmızı kart göstərib, 56-cı dəqiqədə meydandan "Barselona"-nın müdafiyəçisi Pike qovulub, 86-cı dəqiqədə isə "Atletik"-ın hücumçusu Kike Sola.
Qeyd edək ki, ilk oyun "Barselona"-nın 4:0 hesablı məğlubiyyəti ilə nəticələnmişdir.
Reytinq: