Rusiya klublarına Türkiyədə toplaşmamağı məsləhət ediblər Bu barədə qərar Rusiya Futbol İttifaqı qəbul edib.

idman
26-11-2015, 10:05 1086
Rusiya klublarına Türkiyədə toplaşmamağı məsləhət ediblər Bu barədə qərar Rusiya Futbol İttifaqı qəbul edib. Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi Rusiya klublarına qış təlim-məşq toplanışlarının Türkiyədə keçirməməyi məsləhət görüb.
Bu qərar İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Rusiyaya məxsus Su-24 təyyarəsi ötən gün günorta saatlarında vurulub. Türkiyə tərəfi hərbi təyyarənin onun hava sərhədini pozduğunu deyir, Rusiya isə bu xəbəri təkzib edir və təyyarəsinin Suriya ərazisində olduğunu deyib.
Məlumata görə, "F-16" qırıcısı ilə Türkiyənin hava sərhədini pozduğu üçün vurulan təyyarədə iki pilot olub. Onlar partlayışdan öncə paraşütlə tullana biliblər.
Türkmənlər pilotun olduğu iddia edilən meyitin görüntülərini yayıblar. Lakin hər iki tərəf bu barədə məlumatı təsdiq və ya təkzib etməyib.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.
Təyyarənin vurulmasından sonra Rusiya XİN rəhbərinin Türkiyəyə bu günə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən qaçmaq tövsiyə edilib.
ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib.