Rus general Türkiyəni hədələdi

dunya
25-11-2015, 10:00 886
Rus general Türkiyəni hədələdi Rusiya Türkiyə ilə hərbi əlaqələri dayandırmaq barədə qərar qəbul edib.
Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarənin vurulmasından sonra Rusiya Silahlı Qüvvələrinin baş qərargahı Suriyada aviasiya bazasının təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər planı hazırlayıb.
Bu barədə Rusiya Silahlı qüvvələrinin Baş Qərargahının əsas operativ idarəsinin başçısı general-leytenant Sergey Rudskoy açıqlama verib.
Generalın sözlərinə görə, bundan sonra döyüş tapşırığını yerinə yetirən bombardmançıları havada qırıcı təyyarələr dənizdə isə kreyser müşaiyət edəcək.