Oqtay Əsədov yenidən Milli Məclis sədri seçildi

siyaset
24-11-2015, 13:28 1340
Oqtay Əsədov yenidən Milli Məclis sədri seçildi Bu gün beşinci çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçirilir. Modern.az saytı xəbər verir ki, iclasda parlamentin yeni sədri seçilib.
Deputatlar Oqtay Əsədovu yenidən Milli Məclisin sədri vəzifəsinə seçiblər. İclasda 4 yeni komitə də yaradılıb.
O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci və üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2005-cı il dekabrın 2-dən bəri parlamentin Sədri vəzifəsində çalışır.
2015-ci il noyabrın 1-də 45 saylı Abşeron seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.