Azərbaycanda sədr rüşvət alarkən tutuldu

arasdirma
24-11-2015, 11:20 1082
Azərbaycanda sədr rüşvət alarkən tutuldu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədrini həbs ediblər.
İnformasiyaya görə, komissiya sədri Fasad Mustafayev rüşvət aldığı məqamda yaxalanıb.
Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov virtualaz.org-a açıqlamasında faktı təsdiqləyərək araşdırma getdiyini bildirib.