Mehriban Əliyeva internat məktəblərinin açılışında

tehsil
24-11-2015, 10:52 1017
Mehriban Əliyeva internat məktəblərinin açılışında Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
M.Əliyeva eyni gündə Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib. Bu məktəb yenidənqurmadan sonra müasir standartlara tam cavab verir.
Mehriban Əliyeva hər iki internat məktəbinin rəmzi açılışını bildirən lenti kəsib.