Hər il minlərlə insan müalicə üçün Latviyaya üz tutur

sehiyye
24-11-2015, 09:45 966
Hər il minlərlə insan müalicə üçün Latviyaya üz tutur Avropa ölkələri ilə müqayisədə müalicə xərcləri Latviyada daha azdır.
Cazibədarlığı ilə seçilən Latviyanın paytaxtı Riqa turistlərin maraq göstərdiyi məkanlardandır.
ANS TV-nin məlumatına görə, hər il 8 mindən çox əcnəbi şəfa tapmaq üçün Latviyaya üz tutur. Səbəb paytaxt Riqada fəaliyyət göstərən xəstəxanaların müasir tibblə ayaqlaşmasıdır. Xəstəxanalarda olan son tibbi avadanlıqlar diaqnozların dəqiq təyin edilməsinə imkan yaradır.
“Bizim xəstəxanaları ən çox düzgün diaqnostikaya görə seçirlər. Xaricdən gələn xəstələrimiz ən çox ginekoloji, ortopedik və tramatologiya sahələri üçün müraciət edirlər”, - deyə Latviyanın Səhiyyə Turizmi Agentliyinin rəhbəri Katia Fuqala bildirib.
Diqqət çəkən məqam isə cərrahların əməliyyata tam örtülü geyimlərlə girməsidir. Bu isə əməliyyat zamanı xəstəyə heç bir halda mikrob keçməməsinə təminat yaradır.
“Bizə xəstələr gəlir, onlari müalicə edib sağlam geri göndəririk və həmin xəstədə öz dostuna yaxınına bizim klinikanı məsləhət görür. Bizim iş təcrübəmizdə belə hallar çox olur”, - deyə klinika direktoru Dage Serge vurğulayıb.
Latviya səhiyyəsinin sonsuzluqdan əziyyət çəkən ailələr üçün də təklifi var. Burda yerləşən “Reproduktiv sağlamlıq” klinikası ailələlərə embrioloji labaratoriyalarda yoxlanılaraq valideyn olmaq şansını tanıyır.
“Bizim məqsədimiz tək o deyil ki, qadınlara hamilə qalma üçün kömək edək. Biz əsas işimiz həm də sağlam övladın dünyaya gətirilməsi üçün analara yardım etməkdir”, – deyə “Reproduktiv sağlamlıq” mərkəzinin baş həkimi Violeta Fodina söyləyib.
Riqa xəstəxanalarında fiziki və əqli inkişafı zəif olan uşaqlar üçün xususi iynəsiz dərmansız müalicə metodları var.
Digər Avropa ölkələri ilə müqayisədə müalicə xərcləri Latviyada daha azdır.
Hər tərəfli yoxlanılma yəni bildiyimiz çekap müayinə 100 avro edir ki, bu da bizim pul ilə təxminən 115 manat təşkil edir.