Qazaxıstan Azərbaycana hərbi maşınlar satacaq

siyaset
18-08-2015, 11:54 939
Qazaxıstan Azərbaycana hərbi maşınlar satacaq Qazaxıstan “Paramount Group” şirkətinin himayəsi ilə istehsal edəcəyi yeni hərbi maşınları bir sıra ölkələrlə yanaşı Azərbaycana da satacaq.
Qazaxıstan saytlarına istinadən verdiyi xəbərə görə, istehsalın başlama vaxtı dəqiq deyil, amma avadanlıqların alınmasının ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Maşınlar “Paramount Group” dəstəyi ilə istehsal edilsə də, adları yerli olacaq.
2018-ci ildə 120 ədəd maşının istehsalı planlaşdırılır, ancaq ehtiyac olsa bu rəqəm 360-ə qaldırıla bilər.
Məlumata görə, hərbi maşınlar Azərbaycana, CAR-a, Qabona və Braziliyaya satılacaq.