Bakıda "Jiquli" avtobusla toqquşdu: yaralılar var

hadise
23-11-2015, 10:09 931
Bakıda "Jiquli" avtobusla toqquşdu: yaralılar var Qəzaya səbəb kimi, “Jiquli”nin sürücüsünün sərxoş halda sükan arxasına keçməsi göstərilir.
Bakının Suraxanı rayonunun Qaraçüxur qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Etibar Bəkirov küçəsində baş verən qəzada sərnişin avtobusu ilə minik avtomobili toqquşub. 30 yaşlı Sergey Panovun idarə etdiyi “VAZ 2104” maraklı minik maşını sərt döngədə 104 saylı xətt üzrə hərəkət edən avtobusun yoluna çıxıb. Nəticədə “Jiquli” gəldiyi sürətlədə içtimai nəqliyyata çırpılıb.
Məlumata görə, avtobus xəttə olsa da, nəqliyyat vasitəsində sərnişin sıxlığı olmayıb. Qəza nəticəsində “Jiquli”nin sürücü ilə yanaşı avtobusda olan 45 yaşlı Natavan Ağayeva xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardımla xəstəxana aparılsa da, xəsarətləri ağır olan “VAZ”ın sürücüsü travmatologiya şöbəsinə yerlədirilib.
45 yaşlı xanım isə, ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Qəza ilə bağlı araşdırmalar Suraxanı rayon polis idarəsində aparılır. Hadisəyə səbəb kimi, “Jiquli”nin sürücüsünün sürət həddini aşması və sərxoş halda sükan arxasına keçməsi göstərilir.