Türkiyə kinosunun Sultanı, əfsanəvi Türkan Şoray Nizami Kino Mərkəzində keçiriləcək Qala gecəsinin qonağı olacaq.

sou
20-11-2015, 16:04 1302
Türkiyə kinosunun Sultanı, əfsanəvi Türkan Şoray Nizami Kino Mərkəzində keçiriləcək Qala gecəsinin qonağı olacaq. Milli və xarici filmlərin qala gecələrinin nömrə № 1 məkanı olan Nizami Kino Mərkəzi noyabrın 26-da keçiriləcək “Uzaqlarda Arama” filminin qala gecəsinə qatılacaq şöhrətli kino ulduzu Türkan Şorayın gəlişinə hazırlaşır.
Rejissorluğu Türkan Şoraya ssenari müəllifliyi Onur Ünlüyə aid olan film dramatik komediya janrında lentə alınıb.
Rəsmi qərarla şəhər mərkəzindən qəsəbəyə köçürülən pavilyon qəsəbə sakinləri arasında təşvişə səbəb olur. Ərlərinin pavilyona ayaq açmasından narahat olan qadınlar orada çalışan qadınlarla mücadiləyə başlayırlar. Amma qəsəbə kişilərinin əhvalı çox yerindədir...
Heç kim hələlik bilmir ki, dütün bu həngamənin içində sonradan hamının şahid olacağı böyük eşq yaşanacaq...
Qala gecəsində Türkan Şoray və yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.
Rollarda Yağmur Ünal, Ekin Türkmen, Sevda Erginci, Mehtap Bayrı, Elif Atakan, Pınar Göktaş, Esra Ergün, Aslı Samat, Mustafa Uğurlu və digər aktyorlar çəkiliblər.
Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Qala gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema)