Neft qiymətində nikbinlik yaşanıb

iqtisadiyyat
19-11-2015, 11:07 997
Neft qiymətində nikbinlik yaşanıb “AzəriLayt” markalı neftin qiymətində 1 dollara yaxın bahalaşma olub.
Dünya birjalarında neftin qiymətindəki kəskin ucuzlaşmadan sonra nisbi bahalaşma müşahidə olunub. Birjaların satışlar üzrə hesabatına görə “Brent” markalı neftin qiyməti ötən günə nisbətən bahalaşaraq 44.14 dollara çatıb.
“Texas” (WTI) markalı neftdə isə düşüş qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft dünənki qiymətinə nisbətən ucuzlaşaraq 40.84 dollar olub.
London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,96 dollar bahalaşaraq 43,87 dollar təşkil edib.
Əmtəə birjalarında qızılın qiymətində də nikbinlik müşahidə olunub. Belə ki, son günlər ucuzlaşmağa başlayan qızılın qiyməti dünənki göstəricilərə nisbətən bahalaşaraq 1 qram üçün 34.47 dollar olub. Gümüşün qiymətində də nisbi ucuzlaşma olsa da bu özünü qram qiymətində göstərməyib. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Ölkəmizdə ABŞ dollarının satış qiymətində bahalaşma davam edib. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.051 AZN təşkil edib. Euroda isə ötən gün müşahidə olunan ucuzlaşma yenə də davam edib. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1183 AZN təşkil edib. Rusiya rublunda qeydə alınan ucuzlaşma isə bahalaşma ilə əvəzlənib. 1 rublun qiyməti ötən gün 0.0162 AZN olub.
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0510 AZN
1 Euro – 1.1183 AZN
1 rus rublu – 0.0162 AZN