Azərbaycanlı aparıcının oğlu öldü
sou
19-11-2015, 11:06
771

Azərbayacanlı aparıcının ailəsində ağır itki. Gənc aparıcı Afaq Gəncəlinin oğlu dünyasını dəyişib.
Teleaparıcının 12 yaşlı oğlu Qədirxan bu gecə vəfat edib. A.Gəncəlinin oğlu uzun müddətdir Türkiyənin paytaxtı Ankarada müalicə alırdı.
Azərbaycanın tanımış sənətçiləri Afaqa Gəncəliyə sosial şəbəkə vasitəsilə başsağlığı veriblər.
Türkiyədə karyerasını davam etdirən model Günay Musayeva "İnstaqram" hesabında “İndi xəbərim oldu, əllərim titrəyir. Nə yazım ki... Sözlər anlamsızdır. Daha 12 yaşındaydı. Allah rəhmət eləsin. Yeri cennət olsun. Hələ ana üçün çox ağırdır. Əldən səbr etməkdən başqa bir şey gəlmir. Afaq Gəncəli canım çox üzgünəm” yazaraq başsağlığı verib.