Samuxda dəhşətli qəza, ölü və yaralılar var

hadise
19-11-2015, 11:03 1120
Samuxda dəhşətli qəza, ölü və yaralılar var Hazırda hadisə yerində araşdırma aparılır.
Samux rayonunda dəhşətli yol qəzası baş verib. Hadisə zamanı iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Samux Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Çobanabdallı kəndi ərazisində qeydə alınıb. Şəxsiyyəti istintaqla hələlik müəyyən edilməyən sürücünün idarə etdiyi 10- PZ- 257 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralıları dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxansının reanimasiya şöbəsinə yerləşdiriblər.
Xəstəxanadan hələlik yaralıların şəxsiyyətinin müəyyən edilmədiyi bildirdilər.
Hazırda Samux Rayon Polis İdarəsinin əməkdaşları qəza baş verən ərazidə araşdırma aparır.
İyul ayının 31-də də Samuxda 5 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Qəza Gəncə-Samux yolunun Gəncə çayı üzərində baş verib.
Polis idarəsindən hadisənin yüksək sürət nəticəsində baş verdiyini bildirmişdilər.
Vaz markalı avvtomobil çayın üzərindən keçən körpüdən çaya aşıb. Məmmədov Zöhrab Faiq oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 51- BE- 826 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək Gəncə çayına aşıb. Qəza nəticəsində 5 nəfər dünyasını dəyişib, 6 nəfər isə yaralanıb.