Tələbə gənclərin sənət sərgisi və elmi yaradıcılıq festivalı yekunlaşdı

tehsil
18-11-2015, 14:20 1292
Tələbə gənclərin sənət sərgisi və elmi yaradıcılıq festivalı yekunlaşdı Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaradıcı tələbə gənclərin sənət sərgisi” adlı layihə yekunlaşıb.
BDU-dan verilən məlumata görə, layihənin məqsədi yaradıcı tələbə gənclərin əl işlərinin təqdimatlarını, sərgisini keçirtməkdir. Layihə çərçivəsində müvafiq elanlar vurulub və ən yaxşı sənət əsərləri təbliğ edilib.
Gənc rəssam Ləman Əliyevanın rəsm əsərləri nümayiş etdirilib. Həmçinin Bakı Dövlət Universitetinin tələbələrinin əl işləri də təqdim olunub.
Üç gün davam edən sənət sərgisi çərçivəsində əlliyə yaxın tələbə iştirak edib.
Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tələbə gənclərin elmi yaradıcılıq festivalı” adlı layihə yekunlaşıb.
Layihənin məqsədi tələbə gənclərin elmi araşdırmalarının stimullaşdırılması və öz ixtisasları üzrə müvafiq tədqiqatların aparılmasından ibarət olub.
Layihə çərçivəsində tələbə gənclər öz ixtisasları üzrə elmi məqalələr hazırlayıblar və məqalələrin müzakirələri təşkil olunub. Hər bir elmi sahə üzrə ümumi məqalə hazırlanaraq kitabça şəkilində çap edilib.
İki gün davam edən festival çərçivəsində yüzə yaxın tələbə iştirak edib. Sonda iştirakçı gənclərə müvafiq sertifikat təqdim olunub və xatirə şəkili çəkilib.