Azərbaycan Premyer Liqasında "Böyük oyun"un vaxtı açıqlanıb

idman
16-11-2015, 13:12 1090
Azərbaycan Premyer Liqasında "Böyük oyun"un vaxtı açıqlanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib. " "Xəzər Lənkəran"la "Neftçi" arasında keçiriləcək "Böyük oyun" noyabrın 22-də keçiriləcək.
Həmin gün keçirilməsi nəzərdə tutulan "İnter" - AZAL görüşü isə turun bütün oyunlarının canlı yayımlanması ilə əlaqədar bir gün sonraya keçirilib.
21 noyabr
17:00. "Sumqayıt" – "Qəbələ"
"Kapital Bank Arena"
19:30. "Qarabağ" – "Kəpəz"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
22 noyabr
18:00. "Xəzər Lənkəran" – "Neftçi"
"Xəzər Lənkəran" mərkəzi stadionu
20:00. "Rəvan" – "Zirə"
"Bayıl Arena"
23 noyabr
17:00. "İnter" – AZAL
"İnter Arena"