Əli Abbasovun bağ evi nəzarətə götürüldü

siyaset
13-11-2015, 09:58 926
Əli Abbasovun bağ evi nəzarətə götürüldü Dünən Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Prezidentin imzaladığı sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin".
Müstəqil Azərbaycanın ilk Rabitə və yüksək texnologiyalar naziri olan Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. Bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında aspiranturada təhsilini davam etdirib.
1994-cü ildə 05.13.14 - "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə dissertasiya müdafiə edərək və texnika elmləri doktoru adını alıb. 1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.
Ailəlidir, iki övladı var.
Nazir vəzifəsinə 20 fevral 2004-cü ildə təyin edilib. 7 mart 2014-cü il - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.